ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Kollecin Beynəlxalq əlaqələri daha da genişlənir.

2006-cı ildən fəaliyyətə başlayan Mingəçevir Turizm Kolleci qısa müddətdə öz fəaliyyətini yüksək səviyyədə quraraq artıq bir sıra uğurlar əldə etmişdir.


2006-cı ildən fəaliyyətə başlayan Mingəçevir Turizm Kolleci qısa müddətdə öz fəaliyyətini yüksək səviyyədə quraraq artıq bir sıra uğurlar əldə etmişdir. Azərbaycan turizm sənayesi üçün qarşısına yüksək səviyyəli mütəxəssis hazırlığı vəzifəsini qoymuş kollecdə hazırlanan 2000-dən çox mütəxəssis ölkənin turizm və mehmanxana şəbəkələrində artıq uğurla çalışmaqdadırlar. Kollec rəhbərliyi bütün vasitələrlə tədrisin səviyyəsini yüksəltməyə, daha yüksək səviyyəli mütəxəssis hazırlamağa çalışır. Bu məqsədə nail olmaqda kollecdə yaradılan yüksək tədris intizamı mühüm yol oynayır. Mingəçevir Turizm Kollecinin fəaliyyətini uğurlu qurduğu sahələrdən biri də kollecin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlardır. Britaniya Şurasının “İş üçün bacarıqlar” layihəsi əsasında Böyük Britaniya kollecləri ilə başlanan əməkdaşlıq, Rumuniyanın Andrei Barseanu, Rusiyanın Biznes və İqtisadiyyat, Rusiyanın Humanitar, Kazaxstanın Almatı Dövlət Texnologiya və Menecment kollecləri ilə də davam etdirilir. Mingəçevir Turizm Kollecinin 2013-cü ildən yeni qoşulduğu Avropa Komissiyasının Tempus proqramı “Davamlı Turizm Menecment” layihəsi əsasında əməkdaşlıq ona bu sahədə daha çox uğurlar qazandıracağını artıq vəd etməkdədir. Layihə ilə əlaqədar olaraq kollecin direktoru iqtisad elmlər doktoru, prof. Ə.A. Əyyubov və kollecin müəllimi G. N. Nəbiyeva 20-26 yanvar 2013-cü il tarixlərində Almaniyanın Vilhelmsaven şəhərində yerləşən Yade Universitetində olmuşlar. Tempus proqramının bu layihəsinin vəzifəsi turizmin inkişafı məqsədi ilə turizm təhsilinin daha yaxşı qurulması üçün köməklik göstərməsidir. Layihədə Zaqafqaziya təhsil müəssisələri ilə Latviyanın müvafiq təhsil müəssisələri iştirak edir. Bu layihədə Azərbaycandan Mingəçevir Turizm Kolleci ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutu, Gəncə Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti də iştirak edir. Həmçinin Azərbaycan nümayəndə heyətinin tərkibində Bakı Turizm İnformasiya Mərkəzi, “Ekosfera” Sosial-Ekoloji Mərkəz, Millennium Turizm və Konqress MMC və “Təbiət dostları” qeyri-hökumət gənclər təşkilatının nümayəndələri də iştirak etmişdir. Yade Universitetində əvvəldən razılaşdırılmış iş planına uyğun olaraq nəzərdə tutulan tədbirlər həyata keçirişmişdir. Konfransı Yade Tətbiqi Elmlər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, həmçinin layihə koordinatoru Uve Vaythoner açmışdır. Vilhelmshaven şəhərinin meri Holger Barkovski, Azərbaycan Turizm İnstitutunun Xarici əlaqələr və layihələr şöbəsinin müdiri Şəhla Əhmədova da çıxış edərək layihənin əhəmiyyəti haqqında danışmışlar. Proqram üzrə çıxışlar dinlənildikdən sonra müxtəlif işçi qruplar formalaşdırılmış və işçi qruplarının birlikdə hazırladıqları layihələrin yekunda təqdimatı keçirilmişdir. Mingəçevir Turizm kolecinin direktoru prof. Ə.A.Əyyubov və müəllim G.N.Nəbiyevə ikinci qrupda, davamlı turizm işçi qrupunda fəaliyyət göstərmişdir. Üç il fəaliyyət göstərəcək layihənin birinci ili üçün nəzərdə tutulan fəaliyyət proqramı da təsdiq edilmişdir. Görüşdə layihənin mərhələləri, iş bölgüsü aparılmış, işçi qurpların gələcək fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Əməkdaşlığın internet yazışmaları, skaype konfransları yolu ilə davamlı olaraq aparılması üçün razılıq əldə edilmişdir. Proqram başa çatarkən Layihə iştirakçıları üçün Bremen şəhərinə və Vilhelmsaven şəhər muzeyinə ekskursiya təşkil edilmişdir.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1026

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir mövzusunda elmi nəzəri konfrans keçirilib.

Mingəçevir Turizm Kolleci beynəlxalq turizm sərgisində uğurla təmsil olunub
Uğurlarının sorağı ilbəil yeni coğrafiyalara uzanan Mingəçevir Turizm Kolleci bu günlərdə növbəti naliyyətə imza atıb.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Ekskursiya
2015-2016 - cı tədris ilinin başlanğıcından Mingəçevir Turizm Kollecinin “ Səyahətlər və ekskursiya” şöbəsi öz fəaliyyətinə başlamışdır.

Məmmədova Jalənin rəhbərliyi altında rus dili fənnindən “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım” mövzusunda açıq dərs keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci