ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





20 yanvar faciəsinin ildönümü

Mingəçevir Turizm Kollecində 1990-cı ilin qanlı 20 yanvar hadisəsinin 23-cü ildönümünə həsr olunmuş müxtəlif tədbirlər keçirilmişdir.


Mingəçevir Turizm Kollecində 1990-cı ilin qanlı 20 yanvar hadisəsinin 23-cü ildönümünə həsr olunmuş müxtəlif tədbirlər keçirilmişdir. Bütün qruplarda müəllimlər tərəfindən bu mövzuda söhbətlər aparılmış 20 yanvar faciəsini özündə əks etdirən divar qəzetləri və plakatlar hazırlanmışdır. Yanvarın 18-də isə kollecin H.Əliyev adına ideoloji mərkəzində “1990-cı ilin Qanlı yanvar faciəsi” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Əvvəlcə konfrans iştirakçıları milli müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizədə şəhid olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Toplantıda giriş sözü ilə çıxış edən kollecin direktoru prof. Ə.A.Əyyubov qısa olara 20 yanvar hadisələrinin tarixi əhəmiyyətindən bəhs etmişdir. Prof Ə.A.Əyyubov bu faciə ərəfəsində respublikada yaranmış ictimai-siyasi vəziyyəti dəyərləndirdi, faciəni doğuran səbəblər və onun nəticələri barəsində düşüncələrini konfrans iştirakçıları ilə bölüşdü. Bundan sonra konfransda 20 yanvar hadisələrinə həsr olunmuş video çarx nümayiş etdirildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev çıxış edərək faciənin ildönümü münasibətilə şəhərdə nəzərdə tutulmuş tədbirlər proqramı haqqında məlumat verdi. Kollecin müəllimləri Kifayət Əliyeva, Çingiz Nəbiyev, Ceyhun Abdullayev, Eldar Dərişov, Leyla Alışova, Dilarə Bayramova, Türkan Kazımova 20 yanvar faciəsinə həsr olunmuş mövzular üzrə məruzələrlə çıxış etdilər. Konfransın sonunda kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın 20 yanvar günü ilə hazırladığı ədəbi-bədii kompazisiya tələbələrin ifasında təqdim olundu.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 820

                                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci