ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin Yeni il bayramı

Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir.


Hər il olduğu kimi bu il də Mingəçevir Turizm Kolecində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı xüsusi təntənə ilə qeyd edilmişdir. Bu münasibətlə dekabr ayının 29-da “Arzu” şadlıq sarayında bayram tədbiri keçirilmişdir. Tədbirin aparıcıları, kollecin müəllimlərindən Çinarə Məmmədova və Könül Quliyeva kollektiv üzvlərini salamlayaraq hamını şənlənməyə, yeni 2013-cü illə bağlı arzu və istəklərini bölüşməyə dəvət etdilər. Təbrik nitqi ilə çıxış edən kollecin direktoru prof. Ə.A.Əyyubov əvvəlcə yola saldığımız 2012-ci ilə qısa bir nəzər saldı. Prof. Əyyub Əyyubov ötən ildə ölkəmizin həyatında baş vermiş əlamətdar hadisələri xatırlatdı, 2012-ci ilin şəhərimiz üçün də uğurlu il olduğunu vurğuladı. Yola saldığımız ilin kollec üçün də nailiyyətlər ili adlandıran professor pedaqoji heyət üzvləri və qonaqları “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı münasibətilə təbrik etdi. Bayram tədbirində iştirak edən şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Sahib Əliyev Mingəçevir Turizm Kollecinin kollektivini İcra Hakimiyəti başçısı Niyazi Bayramovun adından təbrik etdi və kollecə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Tədbirdə Kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri dos. İbrahim Əyyubov , təlim-tərbiyə işləri üzrə direktor müavini Əşrəf Əsgərov, və tədris şöbəsinin müdiri Qəhrəman Kərimov da çıxış edərək, öz təbriklərini kollektiv üzvlərinə çatdırdılar. Təbrik çıxışları arasında isə musiqi nömrələri, əyləncə proqramları bir-birini əvəz edirdi. Kollektiv üzvlərinin ifasında mahnılar, şux rəqslər, şer müsabiqəsi tədbirə xüsusi rəng qatdı. Kollecin bütün müəllimlərinin qoşulduğu “Yallı” rəqsi xüsusi ilə yadda qalan oldu. Iştirakçıların ürəyincə olan daha bir hal isə kollecin Həmkarlar İttifaqı Komitəsi tərəfindən yeni il hədiyyələrinin paylanması oldu. Tədbirin sonunda prof. Əyyub Əyyubov çıxış edərək bir daha müəllimləri təbrik etdi, onlara yeni illə bağlı xoş arzularını çatdırdı. Qeyd edək ki, bayram tədbiri AzTv və MTV reportyorları tərəfindən işıqlandırıldı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1995

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Mingəçevir Turizm Kollecinin növbəti ekskursiyası
Mingəçevir Turizm Kollecinin tələbələrinin tarix, coğrafiya və turizm fənlərini öyrənən zaman oxuyub öyrəndikləri tarixi , mədəni abidələrimizi əyani olaraq görmək məqsədilə yaradılmış “ Səyahətlər və ekskursiya “ şöbəsi öz işini bu dəfə “Qədim Gəncə”də davam etdirdi.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Mingəçevir Turizm Kollecinin Müəllim və tələbələri “Nar bayramı”nda
Noyabırın 1- də Göyçay şəhərində artıq ənənə halını almış “ Nar bayramı “ keçirildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci