ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Ümummilli lider Heydər Əliyevin anım günü

Ümummilli lider Heydər Əliyevin anım günü Ölkəmizin hər yerində olduğu kimi Mingəçevir Turizm Kollecində də ümummilli lider Heydər Əliyevin anım günü böyük sayğı və ehtiramla qeyd edilir.


Ümummilli lider Heydər Əliyevin anım günü Ölkəmizin hər yerində olduğu kimi Mingəçevir Turizm Kollecində də ümummilli lider Heydər Əliyevin anım günü böyük sayğı və ehtiramla qeyd edilir. Bütün tədris qruplarında ulu öndərin xatirəsinə həsr olunmuş söhbətlər aparılmış, onun həyat və fəaliyyətinin ayrı-ayrı mərhələlərini əks etdirən guşə və stendlər yaradılmışdır. Dekabrın 11-də isə kollecdə YAP 38 saylı ərazi təşkilatı ilə birlikdə “Xalqımızın dahi və əbədiyaşar oğlu” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Əvvəlcə konfrans iştirakçıları ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Giriş nitqi ilə çıxış edən kollecin direktoru prof. Ə.A.Əyyubov ulu öndərin ömür yoluna qısa nəzər saldı, onun siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını bir daha konfrans iştirakçılarına xatırlatdı. Prof Əyyub Əyyubov Heydər Əliyevin siyasi kursunun müasir tariximizdəki öncül yerini, onun tale yüklü əhəmiyyətini xüsusi vurğuladı. Konfransda kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri dos. İbrahim Əyyubov “Heydər Əliyevin dövlətçilik siyasəti”, iqtisadiyyat müəllimi Sahib Hüseynov “Zamana sığmayan dahi”, musiqi müəllimi Sevda Kərimova “Heydər Əliyev Azərbaycan mədəniyyətinin zəmanətçisidir”, pedaqogika müəllimi Könül Quliyeva “Xalqımızın əbədiyaşar öndər oğlu”, ədəbiyyat müəllimi Elnarə İsmayılova “ Heydər Əliyevin dövlətçilik siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzuları üzrə məruzələrlə çıxış etdilər. Konfransın sonunda ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompazisiya nümayiş etdirildi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1212

                                

Paylaş      

SON BAXILANLAR

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi

ПОЗДРАВЛЕНИЕ

Tarix diyarşunaslıq muzeyi yaradılır.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

İntellektual yarış
MTK- nın tələbə-gənclər təşkilatı tələbələrin asudə vaxtını səmərəli keçirməsi və öz bacarıqlarını nümayiş etdirə bilmələri üçün vaxtaşırı olaraq maraqlı tədbirlər təşkil edir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci