ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində “Xidmət sahəsinin təşkilinin peşəkarlıq meyarları” mövzusunda elmi-praktik konfrans təşkil olunmuşdur


30 noyabr 2012-ci il tarixində Mingəçevir Turizm Kollecində “Xidmət sahəsinin təşkilinin peşəkarlıq meyarları” mövzusunda elmi-praktik konfrans təşkil olunmuşdur. Konfransa gəlmiş qonaqlara ilk olaraq birinci mərtəbədə-foyedə tələbələrin əl işlərindən ibarət sərgi nümayiş etdirildi. Sərgi Azərbaycanın dünya şöhrətli şairi-Nizami Gəncəvinin 870 illiyi mövzusuna həsr olunmuşdur. Bundan sonra qonaqların təhsildə və idmanda böyük nailiyyətlər qazanmış tələbələrlə görüşü oldu və onların nailiyyətlərini əks etdirən guşəyə baxış keçirildi. Konfrans Mingəçevir Turizm Kollecinin Heydər Əliyev adına ideoloji mərkəzində təşkil olunmuşdu. Konfransda Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov, İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sahib Əliyev, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının İctimai-siyasi və Humanitar İşlər üzrə müavini Ramiz Əliyev, MTN-nin Mingəçevir şöbəsinin rəisi Abdulla Məmmədov, Mingəçevir Şəhər Prokuroru Azad Qurbanov, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Nazir Sultanov, Mingəçevir Telekommunikasiya Qovşağının rəisi Mustafa Muradov, başqa rəsmi qonaqlar, şəhər ziyalıları, mətbuat nümayəndələri və Mingəçevir Turizm Kollecinin müəllim heyəti də iştirak edirdi. Konfrans iştirakçılarını salamladıqdan sonra kollecin direktoru professor Əyyub Əyyubov konfransı açıq elan etdi. Azərbaycan dövlət himninin canlı ifasından sonra konfrans öz işinə başladı. Tədbirdə ilk olaraq Şəhər İcra Hakimiyyətini başçısının birinci müavini İlham İsmayılov konfrans iştirakçılarını salamladı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən söhbət açdı. Nitqində Mingəçevir Turizm Kollecində təhsil alan gənclərin peşəkar kadr kimi formalaşması üçün həyata keçirilən işləri vurğuladı. O, qeyd etdi ki, bu gün bir çox xidmət sahələrinə gənc kadrların cəlb olunması işin keyfiyyətinə müsbət təsir göstərir. Konfransda kollecin direktoru prof. Ə. A. Əyyubov “Xidmət sahələri üçün ixtisaslı kadr hazırlığı ” məruzəsi ilə çıxış edərək kollecdə xidmət sahələri üçün peşəkar kadr hazırlığının həyata keçirildiyini qeyd etmişdir. O, həmçinin vurğulamışdır ki, kollec xarici ölkələrdə fəaliyyət göstərən təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. Bir sıra beynəlxalq tədbirlərdə fəal iştirakdan bəhs edərək, turizm sahəsi üçün kollecdə mütəxəssis hazırlığı işləri barəsində nümayiş etdirdiyi slaydlar əsasında ətraflı məlumat vermişdir. Pedaqogika üzrə fəlsəfə doktoru, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sahib Əliyev “Azərbaycan turizminin inkişafı və xidmət sahələrinin formalaşdırılması” məruzəsi ilə çıxış edərək, Azərbaycanda turizmin inkişaf potensialı haqqında məlumat verdi. Bundan sonra konfransda Kollecin müəllimi, “Turizm” fənn komissiyasının sədri Aynurə Abbasova “Mehmanxana və TK-da qidalanmanın (restoran biznesinin) təşkilinə peşəkarlıq tələbləri”, “Humanitar və sosial-iqtisadi” fənn koimissiyasının sədri Ceyhun Abdullayev “Azərbaycan bölgələrində turizmin inkişafına imkan verən təbii və coğrafi şərait”, kollecin turizm müəllimi Aydın Məmmədov "Azərbaycanda istirahət və turizm mərkəzlərində göztərilən xidmətlər və onun meyarları", “Kür” Olimpiya İdman tədris mərkəzinin icraçı direktoru Elnur Hacıyev “Otel və idman xidmətinin təşkili”, Mingəçevir Turizm Kollecinin “Dillər” fənn birliyi komissiyasının sədri, filolji elmlər namizədi Xanım Məmmədova “Xidmət sahəsinin təşkili üçün xarici dil tədrisinin rolu”, kollecin müəllimi, texnika elmilər namizədi Şahsuvar Heydərov “Turizm və nəqliyyat xidmətlərinin yaxşılaşdırılmasının bəzi məsələləri”, kollecin turizm müəllimi Tural Kərimov “Regionlarda turizmin sürətli inkişafı peşəkarlığın göstəricisidir”, kollecin müəllimi Çinarə Məmmədova “Turizmdə nəqliyyat xidmətinin təşkili meyarları”, kollecin Turizm müəllimi Elşad Səmədov “Restoranlarda banket və qəbulların təşkilində xidmətin özəllikləri”, Kollecin TT-23 qrupunun tələbəsi Ehtiram Əliquliyev “Nömrə və yerlərin bronlaşdırılmasında müasir texnologiyanın tətbiqi”, Kollecin TT-27 qrupunun tələbəsi Zeynəb Mütəllimli “Mehmanxanalarda nömrələrə sanitar-gigiyenik tələblər”, Kollecin TMT-4 qrupunun tələbəsi Aytən Mirzəyeva “Azərbaycanın Turizm marşurutları və ekskursiya işinin təşkili”, Kollecin TMT-10 qrupunun tələbəsi Pərvin Mirzəyev “Təhlükəsizliyin yüksək səviyyəli təşkili xidmətin əsas meyarıdır” mövzusunda məruzələrlə çıxış etdilər. Çıxışların slaydlarla nümayişi daha xoş təsir bağışladı. Konfransın yekununda konfrans iştirakçılarına kollektivin hazırladığı dahi söz ustası Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş etdirildi. Ədəbii-bədii kompazisiya konfrans iştirakçılarının çox xoşuna gəldi və sürəkli alqışlarla alqışlandı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1469

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci