ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin müəllimi Əşrəf Əsgərovun povesti tamaşaya qoyuldu


Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram teatrında 44-cü teatr mövsümündə quruluş verilən tamaşalardan biri də Mingəçevir Turizm Kollecinin dil-ədəbiyyat müəllimi, təcrübəli təhsil işçisi və maraqlı hekayə və povestlər müəllifi Əşrəf Əsgərovun povesti əsasında hazırlanmış “Təbəssüm” adlı bir hissəli melodramadır. Bu əsər Mingəçevir Turizm Kollecinin kollektivi tərfindən böyük maraq və sevinclə qarşılanmışdır. Kollecin pedaqoji kollektivi və tələbə heyətinin üzvlərinin noyabrın 16-sı və 17-si tarixlərində şəhər dram teatrında əsərə tamaşa etdilər. Xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi əsər maraqlı səhnə tərtibatı və rejissor işi ilə diqqəti cəlb edir. Cəmiyyətdəki mənfi təzahürlərin tənqidinə, insanpərvərlik duyğularının tərənnümünə həsr olunmuş tamaşa gənc nəslin milli-mənəvi dəyərlərə uyğun tərbiyəsi baxımından böyük əhəmiyyət daşıya bilər. Iki gün ərzində teatrın geniş zalını tam dolduran tamaşaçılar əsəri razılıqlıa qarşıladılar. Tamaşadan sonra müəllif öz həmkarlarının səmimi təbriklərini qəbul etdi. Əşrəf müəllim səhnəyə çıxaraq həm tamaşanın rejissoruna, həm də aktyorlara çəkdikləri zəhmətə görə təşəkkürlərini çatdırdı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2583

                        

Paylaş      

SON BAXILANLAR

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kollecinin müdiri liseydə
Bu günlərdə Mingəçevir Turizm Kollecinin müdiri, professor Eyyub Eyyubov Mingəçevir Özəl Türk Liseyində olub.

Məzun günü

Xalq Qəzeti- Əyyub Əyyubov " Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir "
Ordumuz istənilən hərbi tapşırığı uğurla yerinə yetirməyə qadirdir Azərbaycan Ordusu mövcud olduğu ötən 100 il ərzində keşməkeşli və şərəfli bir yol keçib. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılan Silahlı Qüvvələr o vaxt ölkəmizin müdafiəsinin təmin edilməsində şücaət göstərib.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci