ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dəstək” adlanan layihə başlandı.


Son illər ölkəmizdə gənclər təşkilatlarının inkişafı, onların həyata keçirdiyi fəaliyyətlərdəki yeni təşəbbüskarlıq artıq həmin təşkilatların regional və beynəlxalq əlaqələrinin inkişafı zərurətini meydana gətirmişdir. Mingəçevir Turizm Kollecində 29.10.2012-ci il tarixdə Heydər Əliyev adına ideoloji mərkəzdə bu məqsədlə Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yeni layihənin icrasına başladı. “Gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dəstək” adlanan layihə Azərbaycanda gənclərin və gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanlarının artırılması üçün yeni imkanların yaradılmasını nəzərdə tutur. “Azərbaycan gəncliyi 2011-2015” Dövlət Proqramının 6.8-ci bəndinə (“Gənclərin beynəlxalq əməkdaşlığı”) uyğun olaraq həyata keçirilən layihə çərçivəsində gənclər təşkilatları üçün təlim proqramlarının, məsləhət saatlarının və ekspertlərlə görüşlərin keçirilməsi planlaşdırılıb. Mərkəz tərəfindən gənclər üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti, mövcud imkanlar, beynəlxalq əlaqələrin qurulması yolları, Avropa gənclər proqramları və onlarda iştirak qaydaları, digər beynəlxalq tədbirlərin əhəmiyyəti və iştirak qaydaları, beynəlxalq gənclər təsisatları, gənclərin beynəlxalq layihə və proqramları və s. mövzularda məlumatlandırıcı proqramlar təşkil ediləcək.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1714

                                

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci