ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Müstəqilliyimizin 21-ci ildönümü


Respublikamızın dövlət müstəqilliyinin 21-ci ildönümünü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunmuşdur. Oktyabr ayının 13-də kollecin müəllim və tələbə heyəti müstəqillik bayramı münasibətilə təşkil olunmuş ümumşəhər iməcliyində iştirak etmişdir. Bütün tədris qruplarında Azərbaycanın Dövlət Müstəqilliyi mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş və divar qəzetləri hazırlanmışdır. Kollecin tələbə-gənclər təşkilatının fəal iştirakı ilə müstəqillik gününə həsr olunmuş diskusiya təşkil edilmişdir. Müəllim və tələbələrin iştirakı ilə Azərbaycanın müstəqilliyi mövzusunda intellektual yarışın keçirilməsi nəzərdə tutulmuşdur. Oktyabr ayının 16-da isə kollecin Heydər Əliyev adına ideoloji mərkəzində “Heydər Əliyev və müstəqilliyimiz” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda giriş nitqi ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru prof. Ə.A.Əyyubov Azərbaycan xalqının istiqlal müharibəsi tarixinə qısa nəzər saldı, müstəqil dövlətimizin ilk və kövrək addımlarını xatırlatdı. Prof. Ə.A.Əyyubov dövlət müstəqilliyimizin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini xüsusi vurğuladı, dövlətçiliyimizin möhkəmləndirilməsi kursunun ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qedy etdi. Elmi-nəzəri konfransda kollecin müəllimləri Ceyhun Abdullayev “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi və dövlət müstəqilliyimizin möhkəmləndirilməsi”, Çingiz Nəbiyev “Müstəqilliyimiz əbədi və sarsılmazdır”, Eldar Dərişov “Müstəqilliyimizin dünya dövlətləri tərəfindən tanınması və beynəlxalq əlaqələrimizin genişləmdirilməsi”, Xatirə Hüseeynova “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, Aydın Rəhimov “Azərbaycanın turizm sektorunun müstəqillik dövründə inkişafı” mövzularında maraqlı məruzələrlə çıxış etdilər. Sonda kollecin ədəbiyyat müəllimi Kifayət Əliyevanın rəhbərliyi ilə hazırlanmış və müstəqilliyimizin ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 657

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci