ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində təqdimat mərasimi


Mingəçevir Turizm Kollecinin direktoru i.e.d. prof. Ə.A.Əyyubovun elmi yaradıcılıq fəaliyyəti, tədris sahəsindəki uğurları daima ölkəmizin və beynəlxalq elmi-ictimaiyyətin diqqətindədir. Kollecin pedaqoji heyəti hörmətli professorun elm və təhsil sahəsindəki xidmətlərinin nüfuzlu elmi qurumlar tərəfindən müxtəlif təltiflərlə qiymətləndirilməsinə dəfələrlə şahidlik etmişdir. Növbəti belə təqdimat mərasimi oktyabr ayının 6-da Mingəçevir Turizm Kollecinin Heydər Əliyev adına ideoloji mərkəzində keçirildi. Tədbir iştirakçıları Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının mükafatlarını prof. Ə.A.Əyyubova təqdim etmək üçün kollecə gəlmiş qonaqları-prof Elçin İsgəndərzadəni və prof. Çingiz Günəşli alqışlarla qarşıladılar. Təbrik nitqlərindən sonra qonaqlar Akademiyanın mükafatlarını-Avropanın əməkdar elm və mədəniyyət xadimi diplomunu prof. Əyyub Əyyubova təqdim etdilər. Mərasimdə çıxış edən qonaqlardan-şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev, Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə, şair Fəxrəddin Sofulu, Mingəçevir Dövlət Dram Teatrının direktoru Həsən Həsənov, 8 saylı məktəbin direktoru Adil Kərimov, Dövlət qulluqçuları Həmkarlar Təşkilatının sədri Məmməd Cəfər təbriklərini səsləndirdilər və prof. ə.A.Əyyubova gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzuladıqlarını bildirdilər.kollecin əməkdaşları-Vəfa İbişova, Əşrəf Əsgərov, Qəhrəman Kərimov, Şıxməmməd Məmmədov, Sahib Hüseynov, Kifayət Əliyeva, Eldar Dərişov, Aygün Hüseynova təbriklərə qoşularaq kollecin direktoru Əyyub Əyubovun beynəlxalq mükafatlarla təltif olunmasının kollektivə fəxr və məmnunluq hisslərinin doğurduğunu diqqətə çatdırdılar. Təqdimat mərasimində çıxış edən prof. Ə.A.Əyyubov Avropa Təbiət Elmləri Akademiyası tərəfindən təltif olunmasını razılıqla qarşıladığını qeyd etdi və xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü çatdırdı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2658

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində 5 0ktyabr müəllimlərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllimlər Günü sözlü nəğməli bayram tədbiri ilə qeyd olunub.

Kollecin tələbələri bilik yarışında I yer tutdular
Aprelin 30-da Mingəçevir Gənclər Evində “Gənclərin regional bilik akademiyası” adlı bilik yarışı keçirildi.

TDAUİA-nın Akademik üzvü Prof.Əyyub Əyyubov ilin Elm adamı seçildi

Gənclər idarəsi ilə birgə seminar
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində “Zamanın idarə edilməsi və uğurlu karyera” mövzusunda seminarlar keçirilir.

Görkəmli bəstəkar Qara Qarayevə həsr olunmuş kitab sərgisi.
Tarixi günlərin, dövlət bayramlarının, görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin silsilə tədbirlərlə qeyd olunması Mingəçevir Turizm Kollecində xoş ənənəyə çevirilmişdir.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci