ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin tələbələri Qeyri Hökümət Təşkilatları ilə fəal işbirliyinə cəlb olunub


Mingəçevir Turizm Kollecinin tələbələri Qeyri Hökümət Təşkilatları ilə fəal işbirliyinə cəlb olunub 04 oktyabr 2012-ci il tarixində Mingəçevir Turizm Kollecinin Heydər Əliyev adına ideoloji kabinetində QHT-nin tələbələrlə “Fəal vətəndaşlıq və gənclərin QHT-lərdə iştirakı” mövzusunda görüşü təşkil edilib. Tədbirin keçirilməsinin əsas məqsədi tələbələri Qeyri Hökümət Təşkilatları ilə fəal işbirliyinə cəlb etmək, onlara müasir cəmiyyətimizdə mövcud problemlərin həlli və nöqsanların aradan qaldırılması işində QHT-lərə kömək etmək vərdişləri aşılamaq olmuşdur. İlk olaraq QHT-nin nümayəndəsi Fariz Budaqov çıxış edərək, QHT-lərin iş fəaliyyəti haqqında məlumat verdi. O, QHT-nin gördüyü işlər sırasında ekoloji məsələlərlə bağlı tədbirlərin öncül yer tutduğunu vurğulayaraq, bu işlərə könüllülərin cəlb olunduğunu bildirdi. QHT-nin nümayəndəsi həmçinin, erkən nigahlar və onların fəsadları, müasir təlim metodları, gənclərdə pis vərdişlər və Azərbaycan mentaliteti mövzusuna da toxunub. Tədbirdə Mingəçevir Turizm Kollecinin tələbələri fəal iştirak edərək QHT nümayəndələrinə müxtəlif mövzuda və səpkidə suallar ünvanlayıb. Görüş zamanı Mingəçevir Turizm Kollecinin tərkibində mövcud olan tələbə təşkilatları, onların fəaliyyəti və kollecin ümumi işinə müsbət təsiri barəsində də söhbət aparılıb. Tədbir fəal disput şəklində davam edib.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1015

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci