ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecinin kollektivi istirahət mərkəzində


Hər tədris ilinin sonunda Mingəçevir Turizm Kollecinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə pedaqoji kollektivin ölkənin səfalı məkanlarından birində bir günlük istirahəti təşkil olunur. Bu ilki mövsüm üçün bu məqsədlə Şəki rayonunda yerləşən “Soyuq Bulaq” istirahət zonası seçilmişdi. Pedaqoji kollektivin Şəki rayonuna səfəri iyun ayının 15-də həyata keçirildi. Səfərdə kollektivin 70-dən çox üzvü iştirak edirdi. Gün ərzində iştirakçılar üçün 3 dəfə süfrə açıldı. Nahar süfrəsi arxasında tədris ilinin yekunları, təəssüratları barəsində səmimi fikir mübadiləsi aparıldı. Kollecin direktoru i.e.d. prof. Ə.A.Əyyubov müəllimləri tədris ilinin sona çatması münasibətilə təbrik etdi, onlara xoş istirahət arzularını səsləndirdi. Direktor müavini Ə.B.Əsgərov, tədris şöbəsinin müdiri Q.Ş.Kərimov, müəllimlərdən S.Hüseynov A.Namazov da çıxış edərək, ürək sözlərini çatdırdılar. Gün ərzində müəllimlöərimiz istirahət zonasının ətrafında yerləşən mənzərəli məkanlara baş çəkdilər. Xüsusilə də Kiş çayı və onun sahili gəzinti iştirakçılarında dərin təəssürat yaratdı. Pedaqoji heyət üzvləei istirahət məkanında çoxlu xatirə şəkilləri çəkdirdilər. “Soyuq Bulaq” istirahət zonasına səyahət şən əhval-ruhiyyədə başa çatdı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2718

                                

Paylaş      

SON BAXILANLAR

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi

ПОЗДРАВЛЕНИЕ

Tarix diyarşunaslıq muzeyi yaradılır.

Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib Turizm Kolleci tələbələrinin əl işlərindən ibarət sərginin açılış mərasimində iştirak etdi.
Rəsmi qonaqların üz tutduğu növbəti ünvan Heydər Əliyev meydanı oldu.Burada ulu öndərin abidəsi ziyarət olunaraq abidə önünə çiçək dəstələri düzüldü.

Mingəçevir Turizm Kollecində 5 oktyabr müəllimlərin peşə bayramı qeyd olundu
Turizm sahəsi üzrə ixtisaslı kadr hazırlığı missiyasını həyata keçiriən Mingəçevir Turizm Kollecində 5 oktyabr Azərbaycan Müəllimləri Günü xüsusi tədbirlə bayram edildi.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci