ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Turizm fənləri üzrə elmi-nəzəri konfrans


Cari tədris ilində Mingəçevir Turizm Kollecində müsbət bir ənənənin əsası qoyulmuşdur. Müntəzəm olaraq “Müəllim təfəkkürü”, “Müəllim idrakı” mövzusunda pedaqoji heyət üzvlərinin elmi tədqiqatları və fəaliyyətlərinə həsr olunmuş elmi-nəzəri konfranslar keçirilir. “Turizm və təsviri sənət” fənn komissiyası müəllimlərinin iştirakı ilə hazırlanmış növbəti belə konfrans iyun ayının 19-da kollecin Heydər Əliyev adına ideoloji mərkəzində keçirilmişdir. Giriş sözü ilə çıxış edən kollecin direktoru i.e.d. prof. Əyyub Əyyubov turizm müəllimlərinin elmi yaradıcılığa marağını təqdirəlayiq hal kimi qiymətləndirdi və digər ixtisaslardan olan müəllimləri də belə elmi-nəzəri konfranslarda fəal iştirak etməyə dəvət etdi. Konfransda Aydın Rəhimov “Azərbaycanda daxili turizmin inkişaf perspektivləri”, Aynurə Abbasova “Qədim Şəkidə müasir turizmin inkişaf səviyyəsi”, Elşad Səmədov “Azərbaycanda son dövr mehmanxana sektorunun inkişafı”, Kəmalə Abdullayeva “Azərbaycanda turizmin vəziyyəti” mövzuları üzrə maraqlı məruzələrlə çıxış etdilər. TMT-5 qrupunun tələbəsi Pəri Cəfərovanın “Bakıda turizmin inkişaf perspektivləri” mövzusundakı məruzəsi də konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı. Konfransın sonunda yekun sözü ilə çıxış edən prof. Əyyub Əyyubov məruzə müəlliflərini məzmunlu çıxışlarına görə təbrik etdi və bir daha müəllimləri elmi yaradıcılığa maraq göstərməyə, ixtisas səviyyələrini təkmilləşdirməyə dəvət etdi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 813

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində / June 15, National Salvation Day “ at Mingachevir Tourism College

Professor Əyyub Əyyubovun “ Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib.

Professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə Bakı Press Milli İnformasiya Agentliyi tərəfindən keçirilən müsabiqədə iki nominasiya üzrə mükafata layiq görülüb
Mətbuat günü münasibəti ilə Bakının “Yeganə” şadlıq sarayında təşkil olunan bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Eyni zamanda “Zümrüd-M” prodakşın və Respublika Mətbuat Şusrası tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati dəstək nümayiş etdirib.

Mingəçevir Turizm Kollecindədini ekstremizmə qarşı mübarizə mövzusunda elmi-nəzəri keçirildi
Mingəçevir Turizm Kollecinin Mingəçevir şəhər icra hakimiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultikulturalizm ənənələrinin rolu “ adlı elmi-nəzəri konfransda

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci