ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Gül bayramı


Mingəçevir şəhərində və Mingəçevir Turizm Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. May ayının 10-da Mingəçevirdə keçirilmiş möhtəşəm gül bayramı həmin tədbirlər silsiləsinin zirvəsinə çevrildi. Ümumşəhər gül bayramı Heydər Əliyev adına meydanda təşkil olunmuşdu. Əvvəlcəkollecin 100 nəfərə yaxın müəllimi prof. Ə.A.Əyyubovun rəhbərliyi ilə ulu öndərin abidəsinin ziyarət olunması mərasimində iştirak etdilər və abidənin ətrafına tər çiçəklər düzdülər. Sonra kollecin kollektivi meydanda onun üçün ayrılmış sahədə öz yerini tutdu. Hər bir tədris qrupu gül bayramı üçün maraqlı ekspozisiya hazırlamışdı. Mingəçevir Turizm Kollecinin guşəsində 100-dən artıq kompozisiya nümayiş etdirildi. DTİ qruplarının hazırladıqları nümunələr daha diqqət çəkən idi. Mingəçevir şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevir Turizm Kollecinin kollektivinin gül bayramı üçün hazırladığı əl işləri ilə tanış oldu. TT-24 qrupunun tələbəsi Hüseyin Mustafayev və TT-22 qrupunun tələbəsi Aygün Zeynalova şəhər rəhbərini salamladılar, ulu öndərə həsr edilmiş şeirlər ifa etdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ekspozisiyadan razılığını ifadə etdi, kollec haqqında xoş fikirlər söylədi. Ümumşəhər gül bayramı yüksək əhvali-ruhiyyədə davam etdi. Kollecin müəllim və tələbələri digər müəssisə və təşkilatların hazırladıqları kompozisiyalarla da tanış oldular, fikir mübadiləsi apardılar.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 3802

                        

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində / June 15, National Salvation Day “ at Mingachevir Tourism College

Professor Əyyub Əyyubovun “ Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib.

Professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə Bakı Press Milli İnformasiya Agentliyi tərəfindən keçirilən müsabiqədə iki nominasiya üzrə mükafata layiq görülüb
Mətbuat günü münasibəti ilə Bakının “Yeganə” şadlıq sarayında təşkil olunan bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Eyni zamanda “Zümrüd-M” prodakşın və Respublika Mətbuat Şusrası tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati dəstək nümayiş etdirib.

Mingəçevir Turizm Kollecində “Dünya Xocalı Soyqırımını tanımalıdır” adlı konfrans keçirilib
Bəşəriyyətin ən dəhşətli faciələrindən biri kimi tarixləşmiş Xocalı Soyqırımının növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə qeyd olunub.

Pedaqoji şura iclasındakı müzakirələr

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci