ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Şuşanın işğalının 20-ci ildönümü qeyd edildi


Azərbaycan Respublikasının Prezidentinin 09 aprel 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkənin müxtəlif müəssisə və təşkilatlarında Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Mingəçevir Turizm Kollecində də Şuşanın işğalı çeşidli tədbirlərlə qeyd olundu. Tələbələr arasında bu ağrılı-acılı hadisəyə həsr edilmiş rəsm müsabiqəsi keçirildi. Müsabiqənin qalibi hesab edilmiş əl işləri kollecin elanlar guşəsində yerləşdirilmiş, müəllim və tələbə heyətinin diqqətinə təqdim olunmuşdur. Mayın 4-də isə kollecin Heydər Əliyev adına ideoloji mərkəzində “Əsir düşən Şuşam” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda açılış nitqi ilə Mingəçevir Turizm Kollecinin direktoru i.e.d. prof. Ə.A.Əyyubov çıxış etdi. Şuşanın işğalının müasir tariximizdəki yeri, bu hadisənin qeyd edilməsinin aktuallığı və əhəmiyyəti barəsində söhbət açdı. Prof. Ə.A.Əyyubovun təklifi ilə Qarabağ müharibəsində həlak olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra söz Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Sahib Əliyevə verildi. Sahib Əliyev Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinin kollektivinə salamını çatdırdı, Şuşanın işğalı, onu şərtləndirən amillər haqqında geniş, əhatəli söhbət açdı. Bundan sonra Şuşa şəhərinə həsr olunmuş video çarx nümayiş etdirildi. Konfransda kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri, dos. İbrahim Əyyubov “Tariximizdə Şuşanın şərəfli yeri”, iqtisadiyyat müəllimi Sahib Hüseynov “Şuşa səriştəsiz rəhbərliyin qurbanı oldu”, tarix müəllimi Məleykə Vəliməmmədova “Şuşa Azərbaycanın alınmaz qalası idi”, fiziki tərbiyə müəllimi, Şuşa qaçqını Elşad Hüseynov “Şuşasız keçən 20 il”, Humanitar və sosial-iqtisadi fənn komussiyasının sədri Ceyhun Abdullayev “Şuşanın süqutu Qarabağ müharibəsinin ən ağrılı səhifələrindən biridir” mövzusunda məruzələrlə çıxış etdilər. Kollecin tələbələri, “Ümid” ədəbiyyat dərnəyinin üzvləri Rəvan Şahkərimov və Cəfər Mikayılzadə Şuşaya həsr etdikləri şerlərini ifa etdilər. Tədbirin bədii hissəsi Şuşanın işğalına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirildi.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 354

                                

Paylaş      

SON BAXILANLAR

31 mart soyqırımı tariximizin yaddaşında
Mingəçevir Turizm Kollecində 1918-ci ilin 31 mart hadisələrinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub
Mingəçevir Turizm Kollecində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Pedaqoji heyətinin və tələbə kontingentinin əksəriyyəti gənc mütəxəssis xanımlardan və tələbə qızlardan ibarət olan kollektiv təbriklərin ağuşunda və xoş anlar içində unudulmaz təəssüratlar yaşayıb.

Mingəçevir Turizm Kollecində 20 yanvar şəhidlərinin xatirəsi anıldı

Kollecdə görüş.

Mingəçevir-64

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci