ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Pedaqoji şura iclasındakı müzakirələr


Mingəçevir Turizm Kollecinin ali orqanı olan Pedaqoji şura iclasında bütün təlim-tərbiyə məsələləri müzakirə olunur . 2009/2010-cu tədris ilinin sentyabr ayının 11-də keçirilmiş Pedaqoji şura iclasının illik iş planı təsdiq edilərək,sədr və katib seçilmişdir. İclaslara kollecin direktoru respublikanın tanınmış alimi ,professor Əyyub Əyyubov sədirlik etmişdir. Azərbaycan –dili və ədəbiyyat müəllimi Əsədova Aygün Qnyaz qızı isə iclasın katibi seçilmişdir. Belə növbəti iclaslardan biri də oktyabr ayının 29 da keçirilmişdir. İclasda üç məsələ müzakirə edilmişdir. Tədris şöbəsinin müdiri Qəhrəman Kərimov “ 2009/2010-cu tədris ilinin tələbə qəbulunun yekunları haqqında “, direktor müavini Əşrəf Əsgərov “ I və II kurslarda təhsil alan tələbələrə qrup rəhbərlərinin apradığı tərbiyəvi işlərin təşkili “ və kollecin direktoru prof. Əyyub Əyyubov “ Kollecdə əmək intizamının möhkəmləndirlməsi “ barədə məruzələr söyləmişlər. Məruzələr ətrafında dos.İbrahim Əyyubov, fənn birliyi sədrlərindən Xanım Məmmədova ,Ceyhun Abdullayev,Züleyxa Əyyubova ,ingilis dili müəllimi Fazil Səlimov ,tarix müəllimi Hikmət Muxtarov və başqaları müzakirə olunan məsələlər ətrafında fikir söyləmişlər. Kollecin direktoru prof. Əyyub Əyyubov rəhbərlik etdiyi qrupda möhkəm intizam və kollektivçilik yaratdığı ,həmçinin nümunəvi ədəbiyyat kabineti yaratdığı üçün kollecin Azərbaycan dili müəllimi Əliyeva Kifayət Səfər qızına pedaqoji şura iclasının qərarı ilə təşəkkür elan edilmişdir. Kollecdə metodiki işlərin daha da ardıcıl və yaradıcı aparılması üçün aşağıdakı yeni fənn birləşmələrinin , onların sədr və müavinlərinin ən bacarıqlı müəllimlərdən seçilməsini təklif etmişdir. 1. Riyaziyyat ,fizika ,informatika fənn birləşməsi. Məmmədov Nurlan Məmmədcamal oğlu- sədr Şükürova Gülnarə Fəxrəddin qızı-müavin 2. “ Turizm və təsviri sənət “ fənn birləşməsi Rəsulov Nadir Xəlil oğlu –sədr Rəhimov Aydın Məhəmmədəli oğlu-müavin 3. “ Azərbaycan dili və ədəbiyyat “ fənn birləşməsi İbişova Vəfa Nadir qzı– sədr Əliyeva Kifayət Səfər qızı-müavin 4. “ Dillər “ fənn birləşməsi Məmmədova Xanım İslam qızı- sədr Məmmədova İlahə Mübariz qızı- müavin 4.” Humanitar və sosial-iqtisadi “ fənn birləşməsi Abdullayev Ceyhun Dəmir oğlu- sədr Hacıyeva Samirə Həsənbala qızı-müavin 5.” Pedaqogika, psixologiya “ fənn birləşməsi Əyyubova Züleyxa Abdin qızı- sədr Həsənova Sevil Məcid qızı- müavin 6. “ Kimya, biologiya və tibbi xidmətin təşkili “ fənn birləşməsi Məmmədova Sevinc Faiq qızı- sədr Rəhimova Aygün Afaq qızı- müavin 7.” İdman və GÇQH” fənn birləşməsi Məmmədov Ceyhun Rəşid- sədr Talıbov Fikrət Cabbar- müavin
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 1576

Paylaş      

SON BAXILANLAR

Yaponiyanın Komatsu şəhərlərinin nümayəndə heyəti ilə görüş.
YaponiyanınKomatsu şəhərinin meri Şindji Vada başda olmaqla bir qrup nümayəndə heyəti Mingəçevirə səfəredib.Şəhər Icra Hakimiyyəti başçısı Niyazi Bayramov tərəfindən qəbuledilən qonaqlarla hər iki şəhərin səmərəli əməkdaşlığı barədə müzakirələr aparılıb.

Mingəçevir Turizm Kollecində məzun günü keçirilib
Turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı missiyasını həyata keçirən Mingəçevir Turizm Kolleci 2017-2018-ci tədris ilinin yekunlarına əsasən növbəti məzunları ilə vida mərasimi təşkil edib.

Kollecin müəllim və tələbəsi EL-TV-nin Səhər proqramında

Milli Qurtuluş Günü qeyd edildi
İyunun 11 də kollecin Heydər Əliyevin adına İdeoloji mərkəzində “ 15 iyun – Milli dövlətçiliyimizin möhkəmləndirilməsi mərhələsinin başlanğıcıdır” mövzusunda elmi – nəzəri konfrans keçirildi.

Avropa İttifaqının nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət etdi.
Bügün Avropa İftifaqının Əməkdaşlıq Şöbəsinin müdiri Yerun Villems başda olmaqla Azərbaycan Ofisinin geniş tərkibli nümayəndə heyəti Mingəçevir Turizm Kollecinin qonagı oldu.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci