ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Dekorativ tətbiqi sənət festivalı


Aprelin 6-da II respublika Dekorativ tətbiqi sənət festivalı çərçivəsində Gəncə şəhərində təhsil müəssisələrinin təmsilçilərinin əl işlərindən ibarət sərgi keçirilmişdir. Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən tədbirdə ətraf bölgələrin ali, orta ixtisas və ümumtəhsil məktəblərini təmsil edən 150-dək nümayəndə iştirak edirdi. Sərgidə ağac üzərində oyma, yandırma, tikmə və balıqqulağından hazırlanmış müxtəlif dekorativ sənət nümunələri nümayiş etdirilirdi. Festivalda Mingəçevir Turizm Kollecini tələbələr İbrahimov Mahmud və Babayev Etibar təmsil edirdilər. Festivalın 10 nəfərə yaxın iştirakçısı Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları ilə təltif olundular. Sevindirici haldır ki, sərgidə “Fantaziya” adlı dekorativ oyma işini nümayiş etdirən tələbəmiz İbrahimov Mahmud da təltif olunanlar arasında olmuşdur. Qeyd etmək lazımdır ki, Mingəçevir Turizm Kollecinin müəllimi rəssam, heykəltəraş Böyükkişi Adilbəyli də Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 566

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci