ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir teatrında mədəni istirahət


Mingəçevir Turizm Kollecində tələbələrin asudə vaxtını səmərəli təşkil etmək üçün müxtəlif mədəni-kütləvi tədbirlər və maraqlı ekskursiyalardan tez-tez istifadə olunur. Bu məqsədlə kollecin faydalı əməkdaşlıq etdiyi müəssisələrdən biri də Mingəçevir Dövlət Dram Teatrıdır. Kollecin müəllim və tələbə heyəti vaxtaşırı olaraq Mingəçevir Dövlət Dram Teatrında tamaşalara gedir. Burada hazırlanmış maraqlı dram əsərləri ilə tanış olurlar. Bu ənənəyə uyğun olaraq aprelin 5-də kollecin müəllim və tələbələrinin böyük bir qrupu növbəti dəfə Mingəçevir Dövlət Dram Teatrının qonağı oldular. Teatrda tanınmış dramaturq Əli Əmrlinin “Onun iki qabırğası” əsəri nümayiş etdirildi. Bu il tamaşaya hazırlanmış bu əsərdə baş rolları Mingəçevir Dövlət Dram Teatrının ən qabaqcıl aktyorları ifa edirdilər. Əli Əmirlinin digər dram əsərlərində olduğu kimi bu tamaşada da ailə-məişət mövzusu milli adət-ənənələrə uyğun formada təqdim olunmuşdur. Bu baxımdan tamaşanın tələbə gənclərin mənəvi tərbiyəsi üçün əhəmiyyətli olduğu qeyd olunmalıdır. Bu tamaşa tamaşaçılar tərəfindən razılıqla qarşılandı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 366

Paylaş      

SON BAXILANLAR

Anonim zənglərə qarşı mübarizə

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov Rusyanın Sankt-Peterburq şəhərində beş günlük işgüzar səfərdə olub. Səfər zamanı həm də yeni beynəlxalq əməkdaşlığın təməli atılıb
Noyabr ayının 12-dən 17-dək Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edərək faydalı görüşlər keçirib.Səfər Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin dəvəti əsasında gerçəkləşib.

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
Azərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb.

Beynəlxalq Turizm Günü
“27 sentyabr Beynəlxalq Turizm günü” hər il kollecdə xüsusi təntənə ilə qeyd olunur.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci