ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində 31 mart azərbaycanlıların soyqırımı günü qeyd edildi.


Mingəçevir Turizm Kollecində xalqımızın tarixinin mühüm məqamları, tarixi günlərimiz hər zaman silsilə tədbirlərlə qeyd olunur. 1918-ci ildə baş vermiş qanlı mart hadisələri də hər il kollecdə sayğı və hüznlə anılır. Bu il də bu ənənə pozulmamışdır. Martın 30-da Mingəçevir Turizm Kollecinin Heydər Əliyev adına ideoloji mərkəzində “31 mart soyqırımı gələcək nəslin yaddaşına həkk edilməlidir” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfrasda giriş sözü ilə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru prof. Ə.A.Əyyubov 31 mart gününün tarixi yaddaşımız üçün böyük əhəmiyyət daşımasından bəhs etmişdir. Bu hadisənin gənclərə dolğun şəkildə çatdırılmasının və bu məqsədlə xüsusi dərslər keçirilməsinin vacibliyini qeyd etmişdir. Sonra konfransın proqramında nəzərdə tutulmuş məruzələrin müəllimlərinə söz verilmişdir. Kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri dos. İbrahim Əyyubov, müəllimlər: Çingiz Nəbiyev, Sahib Hüseynov, Ceyhun Abdullayev, Vüqar Məhərrəmov və Eldar Dərişov 1918-ci il martın 30-31-də Bakıda baş vermiş qanlı faciələrin ayrı-ayrı aspektlərinə həsr olunmuş məruzələrlə çıxış etmişlər. Məruzələrdə mart faciəsinin həqiqi miqyası, onun səbəbləri və əhəmiyyəti barəsində konfrans iştirakçılarına ətraflı məlumat verilmişdir. Kollecin direktoru prof. Ə.A.Əyyubovun yekun nitqi ilə konfrans başa çatdırılmışdır. Sonra 31 mart soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Konfransın ədəbiyyat müəllimi Kifayət Əliyevanın təşkilatçılığı ilə hazırlanmış kompozisiya dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 336

                                

Paylaş      

SON BAXILANLAR

Qanlı Yanvar faciəsinin 25-ci ildönümü
Mingəçevir Turizm Kollecində 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinin 25-ci ildönümü böyük ehtiramla yad edilmişdir.

Dekorativ tətbiqi sənət festivalı

Kollecdə 8 Mart Beynəlxalq qadınlar bayramı günü qeyd edildi.

Mingəçevir Turizm Kollecinin tələbələri İsmayıllıda ekskursiyada olub
Mingəçevir Turizm Kollecinin “Səyahət və ekskursiyalar” şöbəsi 19 may 2018-ci il tarixində növbəti ekskursiyasını həyata keçirib.

Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib
Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci