ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Kollecində Novruz bayramı qeyd edildi.


Mingəzevir Turizm Kollecində bahar bayramı şənlikləri hər il olduğu kimi 2012-ci ildə də təntənəli şəkildə keçirilmişdir. Bayram tədbirinə hazırlıq işləri hələ xeyli əvvəldən başlamışdır. “DTİ” qruplarında təhsil alan tələbələr kollecin bütün tədris kabinetlərində Novruz bayramı mövzularında tərtibat işləri aparmışdılar. Bayram ərəfəsində istirahət günləri iməcliklər təşkil olunmuş, tədris müəssisəsinin ərazisində müvafiq abadlıq işləri aparılmışdır. Martın 19-da kollecin pedaqji kollektivinin və tələbə heyətinin iştirakı ilə Novruz şənliyi keşirilmişdir. Bayram tədbiri kollecin direktoru prof. Ə.A.Əyyubovun təbrik nitqi ilə başlamışdır. Prof. Ə.A.Əyyubov bütün müəllim və tələbə heyətini bahar bayramı münasibətilə təbrik edərək hamıya tədris işində və şəxsi həyatda uğurlar arzulamışdır. Xalqımız üçün bu ilki Novruzun xeyirli olmasını arzu etdiyini bildirmişdir. Prof. Ə.A.Əyyubovun çıxışından sonra kollecin bədii-özfəaliyyət qrupunun hazırladığı rəngarəng musiqili-əyləncəli nömrələr nümayiş olunmuşdur.tələbə Elgiz Həsənov “Bayram axşamlarında” nəğməsilə, Gülağa və Nicat isə bahar bayramı mövzusunda meyxana deyişməsi ilə çıxış etdilər. Sonra tələbələrin ifasında səhnələşdirilmiş “Elçilik” tamaşası nümayiş etdirilmişdir. Novruz bayramının əvəzedilməz iştirakçısı olan keçəllə kosanın zarafatlarla, mahnılarla dolu çıxışı müəllimlər və tələbələr tərəfindən maraqla qarşılandı. Bayram tədbiri müxtəlif rəqs nömrələri ilə də zəngin olmuşdur. Kollecin ritm rəqs qrupunun ifasında nömrə ilə yanaşı, Anar, Elşad, Rəşad və Xəyalə hind rəqsi ilə, Ataxan və Zeynəb “Naz eləmə” rəqsi ilə, Ramil isə “Popinq” rəqsi ilə çıxış etdilər. Rəqs nömrələrindən sonra xeyir dua vermək üçün Dədə Qorqud və Bahar qızı Novruz şənliyinə dəvət olundu. Onlar kollektiv üzvlərini bayram münasibətilə təbrik etdikdən sonra hamını rəqsə dəvət etdilər. Kollecin bütün tədris qrupları bayram şənliyinin keşirildiyi ərazidə güşələr hazırlayaraq onları səmənilər və bayram sovqatıyla bəzəmişdilər. Kollecin direktoru prof. Ə.A.Əyyubov ayrı-ayrı tədris qruplarının hazırladıqları guşələrə baş çəkərək, hər bir qrupu təbrik etdi və onlara uğurlar arzuladı. Bayram tədbirində kollecin idmançıları da maraqlı nömrələrlə çıxış edərək şənliyə xüsusi rəng qatdılar. Kollecin müəllimi Müşfiq müəllimin sazda ifa etdiyi milli havalarda maraqla qarşılandı. Tədbirin sonuna yaxın bərəkət, ruzi rəmzi olan bayram tonqalı yandırmaq üçün Dədə Qorqud meydana dəvət olundu və Novruz tonqalı yandırıldı. Kollecin Novruz şənliyi prof. Ə.A.Əyyubovun yekun təbrik nitqi ilə başa çatdı.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 395

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində “27 sentyabr Ümumdünya Turizm Günüdür” adlı konfrans keçirilib
Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını qeyd etdi.

Müəllimlər günü
Tədris müəssisələri və pedaqoji kollektivlər üçün ən əziz bayramlardan biri də “ 5 oktyabr Müəllimlər günü” dür.

Sergi
Bakıda Turizm Sərgisi keçirildi

Mingəçevir şəhər İcra Başçısı Niyazi Bayramovun Mingəçevir Turizm Kollecinə gəlişi
15 may 2013-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı Niyazi Bayramov və İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Ramiz Əliyev Mingəçevir Turizm Kollecində olmuşdur.

Mingəçevir Turizm Kollecində intellektual yarış keçirilmişdir

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci