ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





Mingəçevir Turizm Koleci tərəfdaş təhsil müsəssisə ilə birgə Rusiya Federasiyasında keçirilən beynəlxalq konfransa təşkilatçılıq edib

Bu günlərdə Rusiya Federasiyasından Azərbaycana müjdəli xəbər daxil olub. Belə ki, ölkənin ən geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atıb.


Kollec  tərəfdaşı olan Sankt-Peterburq Turizm və Otel Servisi Kolleci ilə birgə təşkilati missiyanı yerinə yetirərək  “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun  inkişafı” mövzusunda beynəlxalq konfransın keçirilməsinə nail olub. Rusiya, Italiya, Finlandiya və Azərbaycan təhsil müəssisələrinin iştirakı ilə baş tutan tədbirdə Sankt-Peterburq Təhsil Komitəsi rəsmiləri fəal iştirak edib. Qeyd edək ki, konfransın əsas məqsədi kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin əmək bazarının tələblərinə müvafiq olaraq yeni inkişaf yollarının və mexanizminin müəyyən edilməsinə nail olmasını təmin etmək olub. Ən maraqlısı da odur ki, konfransın keçirildiyi zalın ideoloji tərtibatından tutmuş iştirakçı təşkilatlara təqdim olunan hüquqi və nəzəri materiallaradək bütün vəsaitlərdə Sankt-Peterburq Turizm və Otel Servisi Kolleci ilə Mingəçevir Turizm Kollecinin adaları qoşa yazılıb.

Qeyd edək ki,  “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun  inkişafı|” adlı beynəlxalq konfrans Sankt –Peterburq Təhsil Komitəsinin rəsmi nümayndələrinin  açılış nitqləri ilə öz işinə başlayıb. Komitənin sədr müavini Yuri Solyannikov, Komitənin peşəkar təhsil üzrə aparıcı mütəxəssisi  Yuliya Kovalyova və Rusiyanın əməkdar müəllimi, Sankt-Peterburq Turizm və Otel Servisi Kollecinin direktoru  Svetlana Antonova  çıxış edərək konfransda müzakirəyə çıxarılan mövzunun önəmindən danışaraq  iştirakçılara uğurlar arzulayıb.

Bundan sonra çıxış etmək fürsəti əldə edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov rəhbərlik etdiyi kollektiv, kollecin maddi texniki bazası, tədris imkanları, uğurları, məzunları   və geniş şəbəkəli beynəlxalq əməkdaşlıq əlaqələrı barədə  xüsusi slayd vasitəsi ilə ətraflı söhbət açıb. Ardınca  “Sosial əməkdaşlıq tədrisin inkişafına təsir edən əsas amillərdən biridir” mövzusunda əhatəli məruzə ilə çıxış edən dəyərli elm adamı  konfran iştirakçılarının rəğbətini qazanıb. O turizm sənayesinin inkişafı üçün kadr hazırlığı prosesində  elmi, nəzəri və praktik yeniliklərin tətbiq olunmasının vacibliyindən bəhs edib. Turizm psixologiyasının yenidən öyrənilmə zərurəti, beynəlxalq sosial tərəfdaşlıq münasibətlərinin kadr hazırlığına təsiri, tolerant ənənələrin turizmin yeni inkişaf dönəmində verə biləcəyi töfhə  və digər vacib məsələlər barədə məzmunlu nitq söyləyib.

Daha sonra İtaliyanın Kazarqo şəhərinin  meri  School CFPA hotelinin   administrator məsləhətçisi Skarpa Pina, İtaliyanın  İPS Veccari təhsil müəssisəsinin  direktoru  Petro Rapizarda və  həmin təhsil ocağının müəllimi  Nikola Klaudia Aleccandra, həmçinin  Finlandiyanın Savonlinna şəhərinin  SAMLedu kollcinin müəllimləri  Mika Nenonen , Timo Leso və  həmin kollecin  beynəlxalq təhsil proqramlarının rəhbəri  Yuti Noora geniş məruzələrlə çıxış edib.  Onlar “İtaliyada  innovasiyalı  peşəkar təhsildə  beynəlxalq sosial əməkdaşlığın rolu”, “Qastronomik peşəkar usta müsabiqələri təcrübəsi”,  “Qastronomik və sosial müsabiqə-  Sakitliyin divarını qırırıq”, “İtaliyanın alternativ  proqramları- tələbələr işdə”,  “Finlandiyada təhsil islahatlarından sonra  təhsilin təşkili”,  “Peşəkar kollecdə real iş şəraiti üçün kadr hazırlığı”  və  çıxış etdikləri  digər mövzularda maraqlı məlumatlar səsləndirib.

Qeyd etmək lazımdır ki, səslənən məruzələr, qaldırılan məsələlər və təqdim edilən təkliflər fəal müzakirələrə yol açıb. Konfransın ikinci günü müzakirələr ayrı-ayrı bölmələrdə davam etdirilib.

Ümumən konfrans bütün tərəflər üçüç yaddaqalan və  faydalı olub. Bu səbəbdən də müzakirələrin gələcək dönəmlərdə də davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, Mingəçevir Turizm Kolleci üçün Sankt-Peterburq səfəri həm də yeni beynəlxalq əməkdaşlıq əlaqələrinin təməlinin atılması ilə yadda qalıb. Belə ki, kollec rəhbərliyinin konfransda məzmunlu  çıxışı, konfransın təşkilindəki fəal rolu və  keçirdiyi fərdi görüşləri sayəsində Mingəçevir Turizm Kollecinə iştirakçı tərəflərdən  marağ daha da artırıb. Nəticə olaraq Finlandiya və İtaliya təhsil müəssissələri ilə əməkdaşlıq sazişinin imzalanması barədə ilkin müzakirələr aparılıb. Hətta Azərbaycan təhsil müəssisəsi adı çəkilən dövlətlərə dəvət alıb.

 Beynəlxalq konfrans bir çox səbəbdən unudulmaz anlarla yadda qalıb. Tədbir iştirakçıları Sankt Peterburqda keçirdiyi günlər ərzində şəhərin müxtəlif istiqamətlərinə, tarixi yerlərinə və muzeylərə təşkil olunan ekskursiyalara qatılıb. Eyni zamanda Sankt-Peterburq Turizm və Otel Servisi kollecinin maddi texniki bazası, tədris  və təcrübə sahələri ilə yaxından tanıpş olmaq fürsəti əldə edib.

 Görülən, duyulan və yaşananlar iştirakçıların qəlbində zəngin və xoş təəssüratların yaranmasına yol açıb.

 


 
Əlavə edilmə tarixi: 25.05.2018   |   Baxılma sayı: 94

                                

Paylaş      

SON BAXILANLAR

Mingəçevir Turizm Kollecində / June 15, National Salvation Day “ at Mingachevir Tourism College

Mingəçevir Turizm Kollecində “20Yanvar hüzün və milli qürur günümüzdür “ adlı elmi nəzəri konfrans keçirilib
Ənənəyə müvafiq olaraq qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü münasibətilə bu ildə kollecin inzibati binası daxildən və xaricdən hadisələri əks etdirən ideoloji vasitələrlə tərtib edilib.

Professor Əyyub Əyyubovun “ Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabının təqdimat mərasimi keçirilib
Mingəçevir Turizm Kollecində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyəti rəsmisi, çox sayda ziyalıla, şəhər qurcular, media nümayəndələri və təhsil müəssisəsinin əməkdaşları iştirak edib.

Professor Əyyub Əyyubov Mətbuat Günü münasibəti ilə Bakı Press Milli İnformasiya Agentliyi tərəfindən keçirilən müsabiqədə iki nominasiya üzrə mükafata layiq görülüb
Mətbuat günü münasibəti ilə Bakının “Yeganə” şadlıq sarayında təşkil olunan bayram tədbiri Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib. Eyni zamanda “Zümrüd-M” prodakşın və Respublika Mətbuat Şusrası tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati dəstək nümayiş etdirib.

Mingəçevir Turizm Kollecindədini ekstremizmə qarşı mübarizə mövzusunda elmi-nəzəri keçirildi
Mingəçevir Turizm Kollecinin Mingəçevir şəhər icra hakimiyyəti ilə birgə təşkil etdiyi “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultikulturalizm ənənələrinin rolu “ adlı elmi-nəzəri konfransda

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci