ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az





31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə kimsəsiz uşaqlar yada salındı


Hər tədris ilində bayram günlərini qeyd edərkən Mingəçevir Turizm Kollecinin müəllim və tələbə heyəti xeyirxah təşəbbüslərlə çıxış edirlər. Bu il də 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” münasibətilə Mingəçevir Turizm Kollecinin kollektivi adından Uşaq Nevroloji Dispanserində yaşayan kimsəsiz uşaqlara bayram sovqatı aparılmışdır. Kollecin müəllim və tələbələrinin göstərdiyi maddi köməkliklə kimsəsiz uşaqlar üçün isti qış geyimləri alınmışdır. Nevroloji dispanserə səfər edən nümayəndələrimiz 3 nəfər müəllim və 20 nəfər tələbədən ibarət olmuşdur. Onlar uşaqlarla mehriban söhbətlər etmiş, onların qayğıları ilə maraqlanmışlar. Musiqinin müşaiyəti ilə keçən tədbirdə dispanserin uşaqları xeyli şənlənmiş, bayram əhval ruhiyəsi yaşamışlar. Hətta, Xədicə, Mənsurə xüsusilə seçilmiş, şaxtababaya aid mahnı oxumuş, şeirlər söyləmişlər. Dispanserin rəhbərliyi kimsəsiz uşaqlara göstərilən diqqətə görə Mingəçevir Turizm Kollecinin kollektivinə öz dərin təşəkkürünü çatdırmışdır.
 
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM   |   Baxılma sayı: 2081

                                

Paylaş      

SON BAXILANLAR

Bilik Yarışları
Tələbələrin bilik və istedadlarının inkişafında maraqlı olan Mingəçevir Turizm Kolleci vaxtaşırı ictimai önəm daşıyan tədbirləri ilə gəncliyə yeni perspektivlər açır.

Mingəçevir Turizm Kollecində Bilik günü qeyd olundu
Sentyabrın 15-də Mingəçevir Turizm Kollecində yeni, 2014-2015-ci tədris ilinin açılışına həsr olunmuş təntənəli bayram tədbiri keçirildi.

Mingəçevir Turizm Kollecinin komandası şəhər kubokunun qalibi oldu

Mingəçevir Turizm Kolleci info tur təşkil etdi.

Bilik bayramı.

 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci