Əsas səhifə
      Ümumi məlumat
             Mingəçevir haqqında
             Kollec haqqında
             Qısametrajlı film
             Qonaqlarımız
      Rəhbərlik
             Direktor haqqında
             Müavin haqqında
             Müəllim heyəti
      Şöbələr
             Tədris şöbəsi
             Əyani və qiyabi şöbə
             Təsərrüfat şöbəsi
             Kadrlar şöbəsi
             Mühasibatlıq
             Həmkarlar ittifaqı
             Arxiv
      Fakültələr
      Maddi-texniki baza
             Kompyüter otaqları
             Kitabxana
             Elektron kitablar
      Tələbə-gənclər təşkilatı
      Fəxri heyət
      Foto Qalereya
             Mingəçevir şəhəri
             Kollec
      Mingəçevir xəritəsi
      Əlaqə





Mingəçevir Turizm Kollecinin rəsmi saytında başqa nələri görmək istərdiz?



 


 

  Tədris şöbəsi

Kərimov Qəhrəman Şəmil oğlu- 19.12.1949cu il tarixdə Yevlax rayonunda anadan olmuşdur. 1957-ci ildə Yevlax rayon 15 № -li Dəmir yol orta məktəbinin I sinifinə getmiş, 1967-ci ildə Yevlax şəhər 1 №-li orta məktəbin 10-cu sinifini bitirərək, həmin il Azərbaycan Politexnik İnstitutunun “Avtomobil nəqliyyatı “ ixtisasına qəbul olmuşdur.
1972-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirərək ,təyinat üzrə Mingəçevir Politexnik Texnikumuna müəllim vəzifəsinə göndərilmiş, 2003-cü ildən Texnikumda müəllim , axşam şöbəsinin müdiri və direktor müavini vəzifəsində işləmişdir.
2003-cü ildən Bakı Bədən Tərbiyəsi və Turizm Kolecinin Mingəçevir şöbəsində müəllim, 2006-cı il tarixdən bu günə kimi də Mingəçevir Turizm Kollecində Tədris Şöbəsinin müdiri vəzifəsində işləyir.

Mingəçevir Turizm Kollecində aşağıdakı 14 ixtisas ,əyani və qiyabi təhsil üzrə əsas və orta təhsil bazasında mütəxəssis hazırlığı aparılır:

» “ Bədən tərbiyəsi və idman “
» “ Xarici dil- İngilis dili “
» “ İbtidai təhsil “
» “ Mehmanxana işi və onun təşkili “
» “ Turizm və onun təşkili “
» “ Turist,sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili “
» “ Dekorativ tətbiqi incəsənət və xalq sənəti “
» “ Mühasibat uçotu və audit “
» “ Nəqliyyatda daşınmaların təşkili”
» “ Muzey işi və abidələrin mühafizəsi”
» “ Reklam işi”
» “ Bələdçilik işi”
» “ Məktələqədən təlim və təsvir”
» “ Turist, mehmanxana təsarüfatının təşkili və idarə olunması”

Əyani təhsil üzrə 77 qrup, qiyabi təhsil üzrə 16 qrup fəaliyyət göstərir. Kollec üzrə ümumi tələbələrin sayı 2077 nəfər, o cümlədən dövlət hesabına 878 nəfər, ödənişli əsaslarla 1199 nəfərdir.

Əyani təhsil üzrə 1667 nəfər tələbə, o cümlədən dövlət hesabına 709 nəfər, ödənişli əsaslarla 958 nəfər tələbə təhsil alır.

Qiyabi təhsil üzrə 410 nəfər tələbə, o cümlədən dövlət hesabına 1 nəfər , ödənişli əsaslarla 169nəfər tələbə təhsil alır.
Kollecdə 173 nəfər müəllim fəaliyyət göstərir, o cümlədən 118 nəfər tam ştat üzrə , 49 nəfər 0,5 ştat üzrə, 6 nəfər ştat hesabı üzrə dərs aparır.
 Kollecin tədris işi aşağıdakı 8 fənn birliklərinin işi ilə fəaliyyət göstərir.

1. “ Dillər “ fənn birliyi- 30 nəfər müəllimi birləşdirir
Sədri . f.el.nam .X.İ.Məmmədova.

2. “ Azərbaycan dili və ədəbiyyat “ fənn birliyi- 14 nəfər müəllimi birləşdirir.
Sədri V.N.İbişova

3. “ Humanitar, sosial-iqtisadi “ fənn birliyi- 32 nəfər müəllimi birləşdirir.
Sədri C.D.Abdullayev

4.” Fizika, riyaziyyat, informatika “ fənn birliyi- 16 nəfər müəllimi birləşdirir.
Sədri-N.M.Məmmədov

5. “Turizm və təsviri sənət “ fənn birliyi- 13 nəfər müəllimi birləşdirir.
Sədri- M.X.Rəsulov

6.” Pedaqogika və psixologiya “ fənn birliyi – 10 nəfər müəllimi birləşdirir.
Sədri- Ə.A.Əyyubov

7. “Kimya, biologiya və tibbi xidmətin təşkili “ fənn birliyi- 26 nəfər müəllimi
birləşdirir.
Sədri- S.F.Məmmədov

8. ” İdman və GÇQH “ fənn birliyi - 18 nəfər müəllimi birləşdirir.
C.R.Məmmədov

20 kabinet və 5 labaratoriya yaradılmış, dərslərin müasir tələbələr səviyyəsində tədrisinə xidmət edir.

Kollec Şotlandiyanın “ Stevenson Kolleci “ ilə beynəlxalq əməkdaşlıq edir Rumunyanın Braşof Şəhərində yerıəşən Andrey Bakseanu , Moskva Humanitar və Biznes iqtisadiyyat Kolleci ilə əməkdaşlıq müqavilə bağlamış və tədris prossesinin Avropa təhsil sisteminə inteqrasiyasına doğru aparılmasına xidmət edir.

Kollecdə tədris prosesi müasir təlim metodlarına müvafiq olaraq təşkil olunur , semestr imtahanları test üzvü ilə keçirilir.2010/2011- ci tədris ilinin 1-ci yarımilliyində müvəffəqiyyət 911 % olmuşdur.