|
|
Kadrlar şöbəsi
|
|
Tacəddin İbrahim oğlu Əyyubov 1975-ci il yanvar ayının 5- də Azərbaycanın ən dilbər
guşəsi olan Qarabağın Ağdam rayonunun İlxıçı kəndində anadan olmuşdur.1981-ci ildə
Ağdam rayonunun İlxıçı kəndində orta məktəbin I sinifinə daxil olub, 1992-ci ildə
orta məktəbi bitirərək ali təhsil almaq üçün Ukraniya Respublikasına getmişdir.
1993-cü ildə Ukraniya Respublikasında yerləşən Donetck vilayətinin Slavyansk Akademiyasının
“ Hüquq “ fakultəsinə daxil olmuşdur.Qarabağdakı məlum hadisələrlə bağlı doğma vətəni
Azərbaycana qayıtmış və 1994-cü ildən təhsilini San- Marinonun Azərbaycan filialında
davam etsirmişdir.
1997-ci ildə filialın “ Hüquqşünaslıq “ ixtisasını fərqlənmə diplomu ilə müvəffəqiyyətlə
bitirmişdir.
1997-ci ilin sonlarında filialında hüquqşünas ixtisası üzrə müəllim və kadrlar şöbəsinin
müdiri vəzifəsində işləmişdir. Filial fəaliyyətini dayandırdıqdan sonra 22.05.2003-cü
ildə Bakı bədən tətbiyəsi və turizm kollecinin Mingəçevir şöbəsində kadrlar mütəxəsisi,
01.09.2003-cü ildə tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 2003-cü ildə
II təhsil kimi Azərbaycan Müəllimlər İnistitutunun Qazax filialına qəbul olaraq
6 iyul tarixində yenidənhazırlanma təhsilinin tam kursunu bitirərək tarix ixtisasını
almışdır. Məlum fərmandan sonra şöbə kimi fəaliyyət göstərən təhsil müəsisəsi 2003-cü
ilin aprel ayında Mingəçevir Turizm Kolleci kimi fəaliyyət göstərmiş və hal-hazırda
həmin kollecin kadrlar şöbəsinin müdiri və müəllim kimi fəaliyyət göstərir.
Ailəlidir . 2 övladı var
|
|
Mingəçevir Turizm Kolleci 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təsis edilərək yaradılmışdır.Kollec yarandığı 2006-cı ildən Kadrlar Şöbəsi fəaliyyətə
başlamışıdr.Kadrlar Şöbəsinin müdiri Tacəddin İbrahim oğlu Əyyubovdur. Kadrlar şöbəsi
kadrların şəxsi işlərinin saxlanılmasını , şəxsi işlərdə lazım olan sənədləri tələb
etməklə kadrlar haqqında əmrlər hazırlayır.Kadrlar haqqında statistik məlumatları
sorğu əsasında məşğulluq mərkəzinə, statistika idarəsinə çatdırılmasını təmin edir.
Mingəçevir Turizm Kollecinin Kadrlar Şöbəsi Azərbaycan Respublikasının Əmək məcəlləsinə
uyğun olaraq hüquq çərçivəsində kadrlarla işini qarşılıqlı hörmət və anlayış əsasında
qurur.
|
|