|
|
Həmkarlar ittifaqı
|
|
Əyyubov İbrahim Abdin oğlu İqtisad elmləri namizədi – dosent 17 .09.1946-c ildə
Ağdam rayonunun İlxıçı kəndində anadan olmuşdur. 1964-cü ildə Ağdam rayonu Güllücə
kənd orta məktəbini bitirmişdir. 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetində
təhsil almış və universiteti “Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı”
ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək “Mühəndis geoloq” adını almışdır.
1969-1971-ci illərdə hərbi xidmətdə olmuş və leytenant rütbəsi ilə vzvod komandiri
vəzifəsində xidmət etmişdir. Alpinizm idman növü ilə məşğul olmuş və 1970-ci ildə
Zaqafqaziya Hərbi Okruqunun Silahlı qüvvələrinin yığma komandasının tərkibində Avropanın
ən yüksək zirvəsi Elbrus zirvəsini fəth etmişdir. (5642 metr) 1971-1993-cü illər
geoloji-kəşfiyyat işlərində işləmişdir. Azərbaycan Respublikasının Ağdərə, Kəlbəcər
və Daşkəsən rayonları ərazisində Qızıl, Polimetal, Civə, Alunit və digər faydalı
qazıntı yataqlarının axtarışı, kəşfiyyatı və istismarı işlərində geoloq, sahə geoloqu,
baş qeoloq və geoloji-kəşfiyyat partiyasının rəisi vəzifələrində işləmişdir. 1995-ci
ildə dissertasiya müdafiə edərək iqtisadi elmlər namizədi, alimlik adını almışdır.
Dosentdir. 1993-2001-ci illərdə San-Marino Beynəlxalq Elmlər Akademik Mərkəzinin
Azərbaycan filialında (Mingəçevir Şəhəri) prorektor vəzifəsində işləmişdir. 2004-cü
ildən etibarən Mingəçevir Turizm Kollecində müəllim vəzifəsində işləyir. 2004-cü
ildən Mingəçevir Turizm Kollecinin Həmkarlar Komitəsinin sədridir. 2007-ci ildə
müqəddəs Həcc ziyarətində olmuşdur. Ailəlidir. 5 övladı var.
|
|
Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin
13.02.2006-cı il tarixli qərarı ilə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir
şöbəsinin bazasında yaranmışdır.
30.03.2004-cü ildə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin
Mingəçevir şöbəsinin əmək kollektivinin qərarı ilə Həmkarlar Komitəsi yaradılmışdır.
Kollecin Həmkarlar Komitəsi Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri
Həmkarlar İttifaqının Mingəçevir şəhər komitəsinin tərkibinə daxil olaraq, 01.02.2007-ci
ilə qədər onun tərkibində fəaliyyət göstərmişdir.
Mingəçevir Turizm Kollecinin Həmkarlar İttifaqı Komitəsinin ümumi iclasının
01.02.2007-ci il tarixli, 3N-li protokolunun qərarı ilə Kollecində Həmkarlar İttifaqı
Komitəsi həmin tarixdən Mədəniyyət işçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika
Komitəsinin tərkibinə daxil olaraq fəaliyyət göstərir.
Mingəçevir Turizm Kollecinin Həmkarlar İttifaqı Komitəsinin 640
nəfər üzvü vardır. Buraya üzvlük üçün müraciət etmiş tələbələr də daxil edilmişdir.
Həmkarlar Təşkilatı Kollec əməkdaşlarının sosial-iqtisadi hüquqlarının
təminatı, təhlükəsiz iş şəraitinin yaradılması və Komitə üzvlərinin mədəni-kütləvi
istirahətlərinin təşkili sahəsində təxirəsalınmaz tədbirləri həyata keçirir.
Mingəçevir Turizm Kollecinin Həmkarlar Komitəsinin sədri İqtisadi
Elmlər namizədi dosent Əyyubov İbrahim Abdin oğludur.
|
|
|
|