|
|
Əyani və qiyabi şöbə
|
Məmmədov Şıxməmməd İsrayıl oğlu 1962-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur.1969-cu
ildə Mingəçevir şəhər 12 saylı orta məktəbin I sinifinə getmiş, 1979-cu ildə oranı
əla qiymətlərlə bitirmişdir.
1979-cu ildən 1980-cı ilədək Mingəçevir şəhər Çınqıl beton zavodunda fəhlə işləmişdir.
1980-cı ildə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnistitutuna daxil olmuş,
1985-ci ildə oranı fərqlənmə diplomu ilə bitirimişdir.
1985-ci ildən 1988-ci ilədək Mingəçevir şəhər 5 №-li Dəmir beton məmulatı zavodunda
mühasib, mühəndis, iqtisadçı, plan qitisad maliyyə şöbəsinin rəisi vəzifəsində işləmişdir.
1988-ci ildən 1992-ci ilədək Mingəçevir Politexnik texnikomunda kamsamol komitə
katibi vəzifəsində işləmişdir.
1992-ci ildən 1996-cı ilədək Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə mərkəzinin
direktoru vəzifəsində çalışmışdır.
1996-cı ildən 2000-ci ilədək Mingəçevir Politexnik İnistitutunda iqtisadiyyat müəllimi
işləmişdir.
2003-cü ildən hal-hazıradək Mingəçevir Turizm Kollecində çalışır. Müəllim, fənn
birləşməsinin sədri vəzifəsində işləmişdir.
2008-2009-cu tədris ilinin əvvəlindən “ Əyani və qiyabi təhsil üzrə “ şöbə müdiri
vəzifəsində işləyir
Evlidir . 3 övladı var.
|
|
Əyani və qiyabi şöbənin iş prinsipləri nədən ibarətdir.
- Şöbənin təlim-tərbiyə işlərini təşkil edir.
- Tədris qruplarını kompleksləşdirir.
- Qruplarda tədris işlərini təşkil edir.
- Qruplarda yoxlama yazı işlərinin semesterin əvvəlində dərs cədvəlini təşkil edir.
- Test imtahanlarının keçirilməsini təmin edir, tələbələrin akademik borclarının ləğvi
və tədris
qrupları üçün növbətçilik işlərini təşkil edir.
- İstedadlı gənclərin təlim fəaliyyətinə nəzarət edir.
- Tədris ilinin əvvəlində qiyabiçi tələbələrə dərs qrafiklərinin təqdimini təşkil
edir.
- Yeni qəbul olunmuş tələbələrə tələbə biletlərinin və qiymət kitabçalarının yazılaraq
təqdim olunmasını təşkil edir.
- Gənclər təşkilatının və tələbə həmkarlar təşkilatının işinin idarə olunmasına nəzarət
edir.
- Qrup iclaslarının keçirilməsinə nəzarət edir.
- Valideyin iclaslarının keçirilməsinə nəzarət edir.
- Auditoriya, kabinet, və labaratoriyaların tədris prossesinə hazır olunmasını təşkil
edir.
- Fənn birləşməsinin işinə nəzarət edir.
- Tədris jurnallarının yazılmasına nəzarət edir.
- “Açıq “ və “ Qarşılıqlı “ dərslərin keçirilməsinə nəzarət edir.
- Şöbə üzrə işçilərin əmək intizamına nəzarət edir.
- Müəllimlərin aylıq dərs yüklərinin müəyyən edilməsinə nəzarət edir.
- Mənimsəməyə nəzarət edir.
- Daxili intizam qaydalarına nəzarəti təmin edir.
|
|