Əsas səhifə
      Ümumi məlumat
             Mingəçevir haqqında
             Kollec haqqında
             Qısametrajlı film
             Qonaqlarımız
      Rəhbərlik
             Direktor haqqında
             Müavin haqqında
             Müəllim heyəti
      Şöbələr
             Tədris şöbəsi
             Əyani və qiyabi şöbə
             Təsərrüfat şöbəsi
             Kadrlar şöbəsi
             Mühasibatlıq
             Həmkarlar ittifaqı
             Arxiv
      Fakültələr
      Maddi-texniki baza
             Kompyüter otaqları
             Kitabxana
             Elektron kitablar
      Tələbə-gənclər təşkilatı
      Fəxri heyət
      Foto Qalereya
             Mingəçevir şəhəri
             Kollec
      Mingəçevir xəritəsi
      Əlaqə





Mingəçevir Turizm Kollecinin rəsmi saytında başqa nələri görmək istərdiz?



 


 

         Mingəçevir Turizm Kollecinin direktorunun birinci müavini:

       İbişova Vəfa Nadir qızı 1984-cü il oktyabr ayının 19-da Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə Mingəçevir şəhər 9 saylı orta məktəbin 1-ci sinifinə getmiş, 2001-ci ildə həmin məktəbin məzunu olmuşdur. 2001-ci ildə Sumqayıt Dövlət Universitetinin "Filologiya " fakültəsinə qəbul olmuş, 2005-ci ildə Universiteti bitirmişdir. 2005-ci ildə Gəncə Dövlət Universitetinin magistratura şöbəsinə qəbul olmuş, 2008-ci ildə isə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2006-cı illərdə Mingəçevir şəhərindəki Şuşa köçkün məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2006-ci ildən Mingəçevir Turizm Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 2009-cu ildən isə "Azərbaycan dili və ədəbiyyat "fənn birləşməsinin sədri kimi fəaliyyət göstərmiş, 2011-ci ildən etibarən Mingəçevir Turizm Kollecinin direktor müavini vəzifəsinə təyin edilmişdir.





        Mingəçevir Turizm Kollecinin direktorunun ikinci müavini:

       Əsgərov Əşrəf Bayram oğlu 6 sentyabr 1945-ci ildə əsrarəngiz təbiətə malik olan və hazırda Ermənistan ordusu tərəfindən işğal altında olan Kəlbəcər rayonunun Ağyataq kəndində bir kəndli ailəsində anadan olmuşdur. Əşrəf müəllim ( keçmiş V.İ.Lenin adına APİ-nin )Azərbaycan Dövlət Pedoqoji İnistutunun Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib.1969-cu ildə təyinatla Mingəçevir şəhərinə gəlib,əvvəlcə 5 saylı fəhlə-gənclər orta məktəbində müəllim,dərs hissə müdiri,M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrında ədəbi hissə müdiri, 10 saylı orta məktəbdə müəllim işləyibdir.Sonra 1980-1981-ci illərdə 5№li səkkiz illik məktəbdə direktor işləyib.1981-2005-ci illərdə / 39 nömrəli / 1 nömrəli peşə məktəbində direktor işləmişdir. Peşə məktəbində direktor işləyən vaxtlarda 1998-2005-ci illərdə keçmiş San Marino adına BEAAM-ın və AMİ-nin Mingəçevir filialında dərs demişdir. Qırx bir ildir ki,Mingəçevir şəhərində ümumitəhsil, peşə, orta ixtisas və ali məktəblərdə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. 1988-1994-cü illərdə Ermənistandan, Dağlıq Qarabağ ərazisindən və Özbəkistandan zorla çıxardılmış soydaşlarımızın problemləri ilə ciddi məşğul olmuş, onların ərzaq və məişət məsələlərinə qayğı və diqqətlə yanaşmışdır.Peşə məktəbində və Mingəçevir şəhərinin müxtəlif yerlərində onlara sığınacaq vermişdir.Məcburi köçkünlərin xeyli hissəsini işlə təmin etmişdir. Peşə məktəbində işləyərkən rəhbərlik etdiyi kollektivin gücü ilə buginki Azərbaycan İES-in bloklarının tikintisində,həmin stansiyanın yaşayış binalarının,şəhərin məktəb,bağça,xəstəxana və s. tikintisində yaxından iştirak etmişdir. 1977-ci ildəƏşrəf Əsgərovun “Azərbaycan dili və ədəbiyyat dərslərində texniki təlim vasitələrindən necə istifadə edirəm”adlı elmi metodiki işi Moskvada Xalq Nailiyyətləri sərgisində nümayiş etdirilmişdir. 1978-ci ildə Maarif Nazirliyinin Fəxri Fərmanına layiq görülmüş,Mingəçevir şəhərinin 50 illiyi münasibəti ilə fəxri fərman almış,Azərbaycan müəllimlərinin VIII qurultayının nümayəndəsi olmuş və rəhbərlik etdiyi peşə məktəbini respublikanın ən qabaqcıl peşə məktəbləri sırasına çıxarmağa nail olmuşdur.Baş müəllim və ali kateqoriyalı ixtisas dərəcəsinə layiq görülən Ə.Əsgərov maraqlı hekayələr,elmi və publisist məqalələr müəllifidirRespublika və şəhər mətbuatında dəfələrlə çıxış edib,fəal ictimaiətçidir. 1993-cü ildən YAP-ın üzvüdür.
      Əsgərov Əşrəf Bayram oğlu eyni zamanda 2006-cı ildən Mingəçevir Turizm Kollecində direktor müavini vəzifəsində çalışır.