|
Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov:
İqtisad elmləri doktoru, professor Əyyub Avdın
oğlu Əyyubov 1956-cı ildə, hal-hazırda işğal altında olan Ağdam rayonunun İlxıcı
kəndində anadan olub.
Əmək fəaliyyətinə doğma İlxıcı kəndində, H.Hacıyev adına sovxozda fəhləlikdən başlayıb.
Ukraynada Yol Avtomobil Institutunda “Nəqliyyatın
İqtisadiyyatı və İdarəedilməsi “ ixtisası üzrə ali təhsil alıb.
Aspirantura və Doktoranturanı Ukraynada bitirib.İqtisad
elmlər doktoru elmi dərəcəsi və professor elmi adı alıb.
Ukraynada Ümumittifaq İdarəetmə İnstitutunda müəllim, Beynəlxalq
İdarəetmə Biznes və Hüquq İnstitutunda prorektor vəzifəsində işləyib.
1993-cü ildən 2001-cü ilədək San-Marino Beynəlxalq Elmlər
Akademiyası Elmlər Mərkəzinin Azərbaycan filialının rektoru vəzifəsində çalışıb.Mingəçevir
şəhər Ziyalılar Cəmiyyətinin sədri, Azərbaycan Müəllimləri Assambleyasının prezidentidir
.
Respublika “Bilik”cəmiyyətinin təsis etdiyi Y.Məmmədəliyev
adına mükafata layiq görülüb.
1998-ci ildən Rusiya Federasiyası Sahibkarlıq Akademiyası,
Beynəlxalq enerji, İnformasiya Elmlər və Beynəlxalq Müstəqil Ekspertlər Akademiyalarının
həqiqi üzvü seçilib.
H.Z.Tağıyev adına mükafata layiq görülüb. Azərbaycan
Respublikası “Nizami adına Qayğı Cəmiyyəti “ tərəfindən xeyriyyə işlərində geniş
fəaliyyətinə görə diplomla təltif olunub.
Yap- Mingəçevir şəhər təşkilatının
38 saylı ərazi təşkilatının sədridir.
2003-cü il aprel ayının 13-də Nazirlər Kabinetinin
qərarı ilə “Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin “ Mingəçevir şöbəsi yaradılmış
və şöbənin müdiri vəzifəsinə təyin edilmişdir. 2006-cı ilə qədər şöbənin fəaliyyəti
davam etdirilmiş, 2006-cı ildə “Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci Nazirlər
Kabinetinin qərarı ilə fəaliyyətini dayandıraraq ləğv edilmiş və müstəqil Mingəçevir
Turizm Kolleci yardılmış və professor Əyyubov Əyyub Kollecin direktoru vəzifəsinə
təyin edilmişdir.
2008-ci ildən başlayaraq hal-hazıra kimi Brithi
Council layihəsi əsasında Şotlandiyanın Edinburq şəhərində yerləşən Stevenson Kolleci
ilə əməkdaşlıq edir.
2009-cu ildə Avropa Təbiəti Elmləri Akademiyasının
həqiqi üzvü seçilib.
Birləşmiş Millətlər Təşkilatının "Avropa"
Şərəf ordeninə layiq görülüb.
Türk Dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi
üzvü seçilib, həmin Akademiyanın təsis etdiyi "qızıl ulduz" medalına layiq
görülüb.
20 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir.Professorun
axırıncı kitabı "Müqəddəs Məşhəd Yollarında" kitabıdır. Bu kitab professor
Əyyub Əyyubovun sayca iyirminci, məzmun və mahiyyətcə isə "Əxlaq söhbətləri"
ndən sonra birinci kitabıdır.Müəllifin qələmə aldığı bu mövzu ədəbi-bədii tarixi
publisistik bir əsər olmaqla həm ensklopedik, həm də dini əxlaqi xarakter daşıyır.
Aliləlidir. 4 övladı var.
|