|
Kompyüter otaqları

Mingəçevir Turizm Kollecinin kompyüter operatoru Zamanova Ulduz Fərman qızı 10 iyul 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1991-ci ildə N.Gəncəvi adına 8 saylı orta məktəbin 1-ci sinifinə getmişdir. 2001-ci ildə həmin məktəbi bitirmiş və Gəncə Dövlət Universitetinin “Riyaziyyat-İmformatika” fakültəsinə daxil olmuşdur. 2005-ci ildə həmin universitetdən məzun olmuş və həmin il Mingəçevir Telekommunikasiya Qovşağında katibə - makinaçı, kərgüzarlıq vəzifəsində çalışmışdır. 2008-ci ildə işdən ayrılmış və 2010-cu ilin may ayından etibarən Mingəçevir Turizm Kollecində aparıcı operator vəzifəsində çalışır. Hal hazırda Mingəçevir Turizm Kollecinin İnformasiya Texnalogiyaları sahəsində cavabdehdir. Kollecin bütün texniki məsələlərini müvəffəqiyyətlə yerinə yetirir.
Mingəçevir Turizm Kollecində ümumi olaraq 2 kompyüter otağı fəaliyyət göstərir. Həmçinin digər bütün şöbə və fənn kabinetləri də kompyüterlərlə təchiz olunmuşdur. Bütün kompyüterlər beynəlxalq şəbəkə olan internetlə təmin edilmiş və bütün lazımı təhsil proqramları ilə fəaliyyət göstərməkdədir. Kollecin tələbə və müəllim heyəti bütün növ texnlogiya sistemlərindən rahat istifadə edə bilirlər.
Kollec həmçinin təhlükəsizlik məqsədilə kameralar ilə təchiz olunmuş və hamısı bir şəbəkə üzərində nəzarətə alınmışdır.
Kollecin 1 ildən çoxdur fəaliyyət göstərən rəsmi veb saytıda mövcuddur. Saytda kollec haqqında ətraflı məlumat, gündəlik xəbərlər, bayram tədbirləri haqqında məlumatlar, foto qalereya kimi bölmələr mövcuddur. Həmçinin saytda bütün müəllim heyəti haqqında ətraflı məlumat və statistik informasiyalar yerləşdirilmişdir. Sayt yüksək texnalogiyalar əsasında və tam təhlükəsiz serverlər tərəfindən nəzarətdə saxlanılmaqdadır.
|