Mingəçevir Turizm
Kollecinin direktoru Əyyub Əyyubov:
Turizm Prezidentimiz Cənab İlham Əliyevin qeyd etdiyi
kimi qeyri neft sektorunda ən perspektivli sahələrdəndir. Ölkənin turizm üçün çox
əlverişli ola biləcək 20% ərazisi Ermənistanın işğalı altında olmasına baxmayaraq
turizmin inkişafı və çiçəklənməsi üçün kifayət qədər təbii imkanlara və şəraitə
malikdir. Gözəl təbiətə, əlverişli iqlim imkanlarına, zəngin tarixi və mədəni abidələrə
malik olması, yerləşdiyi geosiyasi məkan bu ölkədə turizm üçün geniş imkanlar yaradır.
Belə bir geniş potensiala malik olan sahənin inkişafı,
əlbəttə ki, yüksək ixtisaslı və bacarıqlı kadrlar olmadan mümkün olmazdı.
Məhz bu zərurəti hiss edən ölkə başçısı prezidentimiz
Cənab İlham Əliyevin göstərişinə əsasən Nazirlər Kabinetinin 13.02.2006 cı il tarixli
45 nömrəli qərarı əsasında Mingəçevir Turizm Kolleci yaradılmışdır. Mingəçevir Turizm
Kollejinin təsisçisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir. Kollecin
əsas vəzifəsi turizm sahəsi üçün orta ixtisas təhsilinə malik olan bacarıqlı mütəxəssislər
hazırlamaqdır.
Mingəçevir Turizm Kollecində səkkiz ixtisas üzrə
2100 tələbə təhsil alır və onların tədrisi ilə 200 nəfərə yaxın professor-müəllim
heyəti məşğul olur. Kollec zəngin maddi texniki, elmi-metodik bazaya və yüksək hazırlıqlı
müəllim heyətinə malikdir.
Qısa müddətdə Nazirliyin köməkliyi ilə uğurlu beynəlxalq
əlaqələr yaradılmışdır. Artıq 6-cı ildir ki, Britaniya şurasının «iş üçün bacarıqlar»
layihəsi əsasında Şotlandiyanın Stevenson Kolleci ilə əməkdaşlıq edir. Dövlətlərarası
razılaşmaya əsasən 2009-cu ildən Rumuniyanın Braşov şəhərində yerləşən «Andrei Barseanu»
iqtisadi kolleci və 2010-cu ildən Moskva "Biznes və İqtisadiyyat" kollecləri ilə əməkdaşlığa başlanmışdır. Bütün bu əlaqələr beynəlxalq təcrübəni
öyrənməklə yanaşı turizm sahəsində mütəxəssis hazırlığı işini yüksəltməyə çalışır.
|
|